DÇ-2022: Belçika qrupda qaldı

İDMAN 01 dek 2022, 20:56
Futbol üzrə Dünya çempionatında daha iki yığma qrupdan növbəti mərhləyə yüksəlib.

Demokrat.az
-ın xəbərinə görə, "G" qrupundan mundialın 1/8 final mərhələsinə Mərakeş və Xorvatiya milliləri vəsiqə qazanıb. 

Afrikalılar qrupun son oyununda Kanadaya 2:1 qalib gələrək, bu tarixi uğura imza atıb. Xorvatiya isə Belçika ilə qarşılaşmada qolsuz heç-heçə ilə ayrıldığından, qrup ikincisi kimi pley-offda oynamaq imkanı əldə edib.

Belçikanın qrupdan çıxmaması isə sürpriz olub. Onlar çempionatı 4 xalla üçüncü olaraq tərk ediblər.

DÇ-2022, qrup mərhələsi
F qrupu
III tur, 1 dekabr

19:00. Xorvatiya – Belçika - 0:0

19:00. Kanada – Mərakeş - 1:2

Qollar: Nayef Akredu, 40 (öz qapısına) – Hakim Ziyeş, 4, Yusif Əl-Nəsiri, 23

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top