Bayden Konqresdən Ukrayna üçün əlavə paket istədi

DÜNYA 01 dek 2022, 18:13
ABŞ prezidenti Co Bayden Konqresdən Ukrayna üçün əlavə 37 milyard dollarlıq paket istəyib.

Demokrat.az bildirir ki,  bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

Nuland vurğulayıb ki, Putin ukraynalıları qaranlığa və soyuğa qərq etməklə, öz məqsədinə çatmamalıdır:

"ABŞ Putinin qalib gəlməsinə imkan verməyəcək. ABŞ nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq. Prezident Bayden Konqresdən əlavə 37 milyard dollarlıq paket istədi ki, Ukrayna nəinki bu sınaqlardan sağ çıxsın, həm də suveren, təhlükəsiz və demokratik ölkə kimi çiçəklənsin və Vladimir Putin strateji məğlubiyyətə düçar olsun”

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top