“Laçın yolu üzərində gömrük və nəzarət məntəqəsi yaradıla bilər” — AÇIQLAMA

QARABAĞ 01 dek 2022, 17:51
“Bizim strateji hədəfimiz bütün Azərbaycan ərazisində, o cümlədən indi müvəqqəti olaraq Rusiya sülhməramlıların yerləşdiyi ərazilərin tam inzibati bərpası bizim strateji hədəfimizdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O qeyd edib ki, Laçın dəhlizi gec-tez Azərbaycanın nəzarətində olacaq. 

“Təbii ki, rus sülhməramlılar oradan nə vaxtsa çıxacaqlar. Ona görə biz həm nəqliyyat baxımından, həm humanitar baxımından heç bir dəhlizi bağlamaq niyyətində deyilik.

“Ümumiyyətlə, bizim yanaşmamız ondan ibarətdir ki, yollar açılmalıdır, dəhlizlər yaradılmalıdır. Zəngəzurla bağlı həmin öhdəlik üçtərəfli bəyanatda da var. Sadəcə hansısa bir mərhələdə Laçın yolu üzərində, Laçın yolunun keçdiyi sərhəd məntəqəsində Azərbaycanın tam qanunvericiliyinə uyğun olaraq orada müvafiq postlar, gömrük və nəzarət məntəqəsi yaradıla bilər. Təbii ki, burada bir məsələ var. Əgər Ermənistan Zəngəzur dəhlizi üzərində sadələşmiş rejim yaratsa, orada yoxlamalar olmasa, biz də müəyyən dərəcədə Laçın yolu üzərində belə bir rejimi tətbiq edə bilərik. Artıq bizim sübutlarımız var ki, Laçın dəhlizi hərbi məqsədlər üçün istifadə olunur və ona görə müvafiq nəzarət rejiminə ehtiyac var”. 

F.Şəfiyev qeyd edib ki, Azərbaycanın atacağı addım haqqında konkret nəsə demək çətindir. 

“Bir çox şeylər gedişatdan asılıdır. Ermənilər tərəfindən povakasiyalar olur. Burada vacib bir məsələ də var. Rusiyanın Müdafiə Nazirliyi öz müvafiq blütenlərdə qeyd edirlər ki, “Dağlıq Qarabağın hərbi qüvvələri”. Bunlar orada olmamalıdır! Faktiki olaraq, bu ifadənin orada istifadə edərək rus sülhməramlı qüvvələr etiraf edirlər ki, üçtərəfli bəyanatın müvafiq bəndi icra olunmur”.

Nəzrin 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top