Rusiya Türkiyənin qarşısına ordu çıxardı — TƏHLÜKƏ

REGİON 01 dek 2022, 14:02
Türkiyənin mümkün quru əməliyyatından qorxan YPG terrorçuları ABŞ və Rusiyaya yalvararaq, bölgəyə əlavə qüvvələrin yerləşdirilməsini istəyiblər.

Demokrat.az
xəbər verir ki, Suriya və İraqın şimalında terrorçuları bombalayan Türkiyə quru əməliyyatına başlayacağına işarə edir. “Pəncə-Qılınc” əməliyyatında 19 noyabr şənbə günü axşamdan etibarən reaktiv təyyarələr PKK və YPG terrorçularının yerləşdiyi yerlər vurulub. Döyüş təyyarələri və pilotsuz uçuş aparatlarından sonra tankların sərhədi keçməyə hazırlanması YPG terrorçularının yuxusunu ərşə çəkib. YPG terrorçularının liderləri günlərlə ABŞ və Rusiyaya quru əməliyyatını dayandırmaq üçün yalvarır.

Günlərdir Suriyanın şimalında 900 əsgəri olan ABŞ-dan türk tanklarının sərhədi keçməməsi tələbi ilə bəyanatlar gəlir. İllərdir YPG terrorçularını öyrədən və minlərlə yük maşını silah göndərən ABŞ ordusu Suriya Demokratik Qüvvələri (SDQ və ya QSD) adı altında terrorçuları qanuniləşdirməyə çalışır.

Vaşinqtondan verilən açıqlamalar arasında ən diqqət çəkəni Türkiyənin hava hücumlarının Suriyanın şimalındakı ABŞ əsgərlərini birbaşa təhdid etdiyi müdafiəsi olub.

Milli Müdafiə naziri Hulusi Akar çərşənbə günü axşam amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı aparıb. Nazir Akar Ostinə “Pəncə-Qılınc” əməliyyatının Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ ilə həyata keçirildiyini çatdırıb.

Pentaqonu terrorla mübarizədə əməkdaşlığa çağıran Akar, bildirib ki, koalisiya əsgərlərinə və mülki şəxslərə zərər verməkdən söhbət gedə bilməz.

Bu arada Rusiya Türkiyənin Suriyada keçirməyə hazırlaşdığı quru əməliyyatına qarşı hərəkətə keçib. Yerli qaynaqların bildirdiyinə görə Rusiya Türkiyə ilə sərhədə əlavə hərbi texnika və əlavə hərbçilər göndərməyə başlayıb. Məqsəd, Suriyanın şimalında məskən salmış və Türkiyəni davamlı terrorla təhdid edən PKK/YPG-ni Türkiyənin mümkün əhəmiyyatından qorumaqdır./Turkustan.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top