“Marketlərdə aldadıcı fəndlərdən istifadə olunur” — Deputatdan SƏRT AÇIQLAMA

İQTİSADİYYAT 01 dek 2022, 11:51
“Müxtəlif marketlərdə aldadıcı fəndlərdən istifadə olunur. Məhsulun üzərinə bir qiymət yazılır, ancaq kassada tamamən fərqli qiymətlə hesablanır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Millət vəkili qeyd edib ki, marketlərdə lazımsız məhsullara endirim verilir:

“Lazımsız məhsullara endirim etməklə, müştəriləri ora cəlb edirlər. Vətəndaşlar da ona heç lazım olmayan bir məhsulu ucuz görüb alır. Yəni, bu insan psixologiyasıdır. Bəlkə də, o məhsul heç həmin vətəndaşa lazım deyil. Nəticədə vətəndaş ora girdiyinə görə digər məhsulları da alır. Bu, yalnız bizim marketlərdə deyil, bütün dünyada da bu üsuldan istifadə olunur. Amma müxtəlif ölkələrdə endirimlər real olur və orada bir çox məhsulları həqiqətən də endirimli qiymətlərlə ala bilərsən. Yəni, orada insanları aldatmırlar. Bəzi məhsulları reklam edərək, insanları ora cəlb edirlər. Xeyli endirimli məhsullar alaraq, ciblərinə qənaət edirlər. Bizdə isə bir neçə lazımsız məhsula endirim edib vətəndaşları ora cəlb edirlər və əslində insanlara ziyan vurmuş olurlar. Çünki insan lazım olmayan məhsulu ucuzdur deyə alır. Sonra isə həmin məhsul ona lazım olmur.  Ona görə  də, bizdə yalnız və yalnız aldadıcı fəndlərdən istifadə olunur.  Belə deyək ki, bu qanunla qadağan deyil və marketinq üsullarıdır. Gərək vətəndaşlar özləri də ehtiyatlı olsunlar! Hər kəs marketlərə gedir. Hansı məhsullar harada bahadır, ucuzdur bilirlər. Ona görə də, gedib həmin marketlərdən alsınlar. Burada deyək ki, konkret hansısa marketin qanunu pozduğunu demək düzgün olmayacaq. Sonda qeyd edim ki, əgər məhsulun üzərinə bir qiymət yazıb, kassanın üzərində başqa qiymət çıxırsa, artıq bu cinayət əməlidir. Ən azından İnzibati Xətalar Məcəlləsi ilə bu tənzimlənə bilər”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top