Bakıda gənc oğlan anasına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 01 dek 2022, 11:32
Bakının Nizami rayonunda 1996-cı il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində anası Xumara (adlıar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 4-də, baş verib. O, həmin gün saat saat 9 radələrində anası ilə mübahisə edib.

Mübahisəyə səbəb Pərvizin işləməməsi və narkotik vasitə istifadəçisi olması üstündə baş verib. 

Mübahisə zamanı Pərviz anasının baş və boğaz nahiyəsinə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs anası ilə barışıb, anası ondan şikayətçi deyil. 

Bu səbəbdən məhkəmə Pərvizin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top