Vahid Əhmədovun köməkçisi “Vasif Talıbov həbs olunmalıdır” məsələsinə aydınlıq gətirdi

GÜNDƏM 01 dek 2022, 10:57
Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda keçirdiyi antikorrupsiya əməliyyatları haqlı olaraq ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib. Hamı həmin əməliyyatı məmnunluqla qarşılayır və yeyintilərin miqyasının daha böyük olduğunu və Ali Məclisin sədri Vasif Talıbovun, eyni zamanda oğlanlarının da xalqdan oğurladığı milyardlara da növbə çatmalı olduğunu bildirirlər. Tanınmış ziyalılar, millət vəkilləri də olaya münasibət bildirir və tezliklə Naxçıvanda baş verənlərin çılpaqlığı ilə üzə çıxacağını gözləyirlər.

Bu arada istiqlalçı millət vəkili Vahid Əhmədov da baş verənlərə münasibət bildirib. O da DTX-nin əməliyyatını təqdir edib və günahkarların cəzlandırılacağına əminliyini söyləyib. 

Amma səhər saatlarında Moderator.az-la əlaqə saxlayan millət vəkilinin köməkçisi bildirib ki, V. Əhmədov ötən gün musavat tv əməkdaşının sualını cavablandırarkən konkret olaraq Vasif Talıbovun cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyi barədə hər hansı fikir deməsə də nədənsə saytın əməkdaşı bu cür yanlışlığa yol verib. Köməkçi sübut üçün V. Əhmədovun çıxışının videosunu da göndərib və bunları söyləyib:

"Biz saytın əməkdaşı ilə əlaqə saxlayaraq Vahid müəllimin fikirlərinin təhrif olunduğunu dedik və sağ olsunlar, onlar da dərhal bu yanlışlığı düzəltdilər. Məsələ burasındadır ki, hamı kimi Vahid müəllim də bu əməliyyatların bütün qaranlıq məsələlərin üzərinə aydınlıq gətirəcəyi qənaətindədir. Amma kimin günahkar və ya cinayətkar olduğuna araşdırmaların nəticəsində qərar veriləcək. Ona görə də hesab etdik ki, hər şey necə deyilib elə təqdim olunmalıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top