Bu gün 1/8 finalın daha 4 iştirakçısı bəlli olacaq

İDMAN 01 dek 2022, 08:57
Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq.

Demokrat.az xəbər verir ki, bununla da 1/8 finalın daha 4 iştirakçısı bəlli olacaq.

E qrupunda İspaniya millisi Yaponiya ilə, Almaniya yığması isə Kosta Rika ilə qarşılaşacaq. Bu qrupda hər bir ölkənin pley-off şansı davam edir.

F qrupunda isə Kanada Mərakeşi, Xorvatiya Belçikanı sınağa çəkəcək. Şimali Amerika təmsilçisinin mundialla vidalaşması dəqiqləşib. Digər 3 yığma isə 1/8 finala 2 vəsiqə uğrunda mübarizə aparacaq.

 DÇ-2022

Qrup mərhələsi, III tur


1 dekabr

E qrupu

23:00. Kosta Rika - Almaniya

23:00. Yaponiya - İspaniya


Xal durumu: İspaniya - 4, Yaponiya - 3, Kosta Rika - 3, Almaniya - 1

F qrupu

19:00. Kanada - Mərakeş

19:00. Xorvatiya - Belçika


Xal durumu: Xorvatiya - 4, Mərakeş - 4, Belçika - 3, Kanada - 0.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top