Ermənistanın israrla Fransanı danışıqlara qatmaqda məqsədi nədir? — AÇIQLAMA

GÜNDƏM 30 noy 2022, 23:42
“Ermənistanın israrla Fransanı danışıqlara qatmaq istəməsinin bir çox aspektləri var. Bu, tək gələn il Türkiyədə baş tutacaq prezident seçkiləri və Rusiyanın Ukrayna müharibəsindəki vəziyyəti ilə bağlı deyil. Bütövlükdə, həm regionda, həm də qlobal miqyasda baş verən geosiyasi dəyişikliklərlə bağlıdır. Ermənistan ənənəsinə uyğun olaraq beynəlxalq vəziyyətin onun üçün daha uyğun olacağı bir zamanı gözləyir. Azərbaycan torpaqlarının işğalı prosesində də eyni davranışlar sərgilənirdi. Xatırlayırsınızsa, hər dəfə ayrı-ayrı platformlarda keçirilən görüşlərdə müəyyən razılıq əldə olunursa da, sonda Ermənistan həmin razılığın pozulması üçün müəyyən sərhəd bölgəsində, həmin dövrdə işğal altında olan həmin ərazilərdə təxribat törətməklə, prosesin yenidən sıfır nöqtəsinə qaytarılmasına çalışırdı. Yəni, onların qənaətinə görə proses nə qədər uzanarsa, bir o qədər də Ermənistan üçün faydalıdır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik əlavə edib ki,yaxın dövrdən nəticə çıxarsaydılar görərdilər ki, onların qazanmaq istədiyi vaxt ərzində Azərbaycan daha da məntiqli, etibarlı addımlar atır və daha da güclənir. 

“Bu da ötən zaman kəsiyində, məlum olduğu kimi, 44 günlük müharibədə özünü göstərdi. Bu aspektdən komponentlərin sadəcə sayı kifayət qədər çoxdur. İndiki şəraitdə yalnız bunu iki amillə bir-birinə bağlamaq olmazdı. Ümumi mənzərə ondan ibarətdir ki, yenə də beynəlxalq vəziyyətin Azərbaycanın ziyanına dəyişəcəyi, bu müddət ərzində Fransanın Avropa İttifaqı çərçivəsində öz fəaliyyətini müəyyən qədər gücləndirərək ölkəmizə qarşı təzyiqləri artıracağını, bu təzyiqlərin müəyyən effekt verəcəyi və s. bu kimi məsələləri gözləyərək zamanı uzatmağa çalışır. Paralel olaraq da, Ermənistanın ən ali məqsədi, daha doğrusu Paşinyan hakimiyyətinin ən ali məqsədi 2018-ci ildən ondan ibarətdir ki, nəyin bahasına olursa-olsun KTMT-nin Ermənistanın təhlükəsizliyinə təminat vermədiyini ictimaiyyətə aşılasın. Ermənistanın Rusiyanın təsir dairəsindən tamamilə qopardılmasını və Fransanın məkanına inteqrasiya olunması üçündür, ümumən Qərbə. İndiki halda bunu deyə bilmərik, çünki  Avropa İttifaqının bir sıra dövlətləri Azərbaycanla yüksək münasibətlərdədir. Bu aspektdən də digər qütbə daşınması istiqamətində üzərinə qoyulan öhdəlikləri yerinə yetirsin.Yəni, qənaətimə görə. strateji məqsəd bundan ibarətdir. Çünki paralellər açıq şəkildə bunu göstərir. Bir tərəfdən Nikol Paşinyan KTMT-nin gözdən salınması üçün addımlar atır, digər tərəfdən də Fransanın Ermənistandakı nüfuzunun artırılması üçün paralel addımlar atılır. Senatın, Nümayəndələr Platasının atdığı addımlar, Frankofoniya təşkilatı çərçivəsində göstərilən cəhdlər və s.”. 
E.Mirzəbəyli qeyd edib ki, bu gün reallıq onu göstərir ki, Ermənistanın Qərbə inteqrasiyası mümkün deyil.

“Fransa Avropa İttifaqının və NATO üzvü olsa da, Avropa İttifaqında  və NATO-da  Azərbaycanın maraqlarını müdafiə edən və Azərbaycanla münasibətlərə üstünlüklər verən kifayətə qədər dövlətlər var. Əlbəttə ki, bütün bunlar əvvəllər də var. Amma, Ermənistan yenə də həmin manevrləri davam etdirirdi. Yəni, prinsip etibarilə onların qənaətinə görə nə baş verir? Bu zaman kəsiyində onlar daha da güclənəcəklər, mövqelərini daha da möhkəmləndirəcəklər, Ermənistanda müəyyən islahatlar aparacaq, Qərb müəyyən dəstək verəcək və s.  O zaman da Azərbaycanı da reallıqlarla barışmağa məcbur edəcəklər, yəni söhbət bundan ibarətdir. Onların qənaətinə görə, vaxt onların xeyrinə işliyir. Həmçinin, prosesin indiki şəraitdə qalması, sərhədlərin delimitasiya olunmaması, Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin mütəmadi olaraq atəşkəsi və yaxud ölkə ərazisində terror aktlarına faktiki cəhd göstərmələri, qeyri-qanuni hərbi birləşmələrlə bağlı Azərbaycan ictimai rəyinə ötürülən mesajlar və nəticə etibarilə Azərbaycandakı mövcud həmrəyliyin də sarsıldacağına onlar da ümid yaranıb. Bu mesajı da Azərbaycan cəmiyyətinə ötürməyə çalışırlar. Eyni zamanda, sülhməramlıların da adekvat olaraq proseslərə reaksiya verməməsinin hansısa səbəblərdən nəzərə alaraq Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına müəyyən ümidlər bəsləyirlər. Yəni, burada komponentlərin sayı olduqca çoxdur, yanız bir neçə amili götürmək doğru olmazdı”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top