Çinin keçmiş prezidenti vəfat etdi

DÜNYA 30 noy 2022, 22:24
Çinin keçmiş lideri Jiang Zemin 97 yaşında vəfat edib.

Demokrat.az xarici mətbuata istinadən bildirir ki, o, qan xərçəngindən və  orqan çatışmazlığından dünyasını dəyişib .

Qeyd edək ki, Jiang Zemin 1993-2002-ci illərdə ölkə rəhbəri olub.

O, Şanxay Jiaotong Universitetində elektrik mühəndisi kimi təhsil alıb və sonra təhsilini Rusiyada davam etdirib.

 Jiang Zemin 1946-cı ildə ÇXR-in yaradılmasından üç il əvvəl Kommunist Partiyasına üzv olub.

Onun  dövründə siyasi sahədə qanunlar sərtləşdirlib, iqtisadi sahədə ciddi islahatlar aparılıb.


Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top