“Biz övladlarımızı şiddətə meyilli böyüdürük” — Sosioloqdan ŞOK AÇIQLAMA

SOSİAL 30 noy 2022, 15:01
“Son illərdə Azərbaycanda baş verən hadisələr daha da dəhşətli hal alıb və əvvəlki illərə müqayisədə daha da pisə doğru gedirik. Bura zərərli maddələrdə kütləvi istifadə, üzərində kəsici deşici alətlər gəzdirmək və bu alətlərlə müəyyən səbəblərdən başqa insanlara zərər yetirmə, həyatına qəsd etmək və s. daxildir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Aynur Hacıyeva deyib. Sosioloqun sözlərinə görə, bu halların daha çox yeniyetmələr və gənclər arasında baş verməsi gələcək üçün təhlükəli məqamlardan xəbər verir.

“Bu günü yeniyetmələr və gənclər arasında bu cür neqativ halların baş verməsi təəssüfedici məqamdır. Təbii ki, bu kimi hadisələrin baş verməsi bir sıra amillərlə bağlıdır. Bəs bütün bunların səbəbi nədir və ya günahı kimdədir? Heç kimi göstərib günahlandıra bilmirik və ya bir səbəb də göstərib onu həll edib, bu halları aradan qaldıra bilmirik. Çünki səbəblər və günahkarlar çoxdur. Biz övladlarımızı şiddətə meyilli böyüdürük, onların sahib olduğu gücü aqresiyaya çevirməyi öyrədirik. Sosial şəbəkələrdə insan həyatına son qoyanlara hansısa səbəb tapıb haqq qazandırırıq. Qadın cinayətlərinə göz yumuruq! Bir sözlə, biz cəmiyyət olaraq, insan olaraq hər birimiz günahkarıq! Bu halların qarşısını almaq ücün hər birimiz ilk növbədə özümüzdən, ailəmizdən, öz övladlarımızdan,öz dostlarımızdan başlamalıyıq! Bir sözlə, cəmiyyətimizdən başlamalıyıq! Düşünürəm ki, artıq ciddi sosial tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Son günlər ölkəmizdə baş verənlər cəmiyyətimizin uçuruma doğru getdiyindən bağıraraq xəbər verir”. 

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top