Pakistanda kamikadze özünü partlatdı — 2 ölü, 24 yaralı

DÜNYA 30 noy 2022, 11:49
Pakistanın Qvetta şəhərində terrorçu kamikadze özünü partladıb.

Demokrat.az
  “Reuters”ə istinadən xəbər verir ki, hadisə poliomielitə qarşı peyvənd məntəqəsinin yaxınlığında baş verib.

İnsident nəticəsində 2 nəfər həlak olub, daha 24 nəfər isə yaralanıb.

Həlak olanların biri polis əməkdaşı, digəri isə azyaşlıdır./qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top