“Başqaları kimi seçim şansım yoxdur ki, ikinci dəfə gəlinlik geyinim, bu köhnə ərimdir, bu təzə ərim deyim”

ŞOU-BİZNES 30 noy 2022, 08:56
Tanınmış şairə Nazilə Səfərlinin toy fotosunu sildirməsi ilə bağlı məlumatlar yayılıb.

Moderator.az-a açıqlama verən şairə yayılan xəbərləri əsassız adlandırıb.
 
“Mən makiyajsız efirə çıxan insanam. Köhnə şəkil nə deməkdir? Bir ərim olub. Olanım odur. Başqaları kimi seçim şansım yoxdur ki, ikinci dəfə gəlinlik geyinim, bu köhnə ərimdir, bu təzə ərim deyim. Həmin şəkili “Günün sədası” verilişinə mən özüm vermişəm ki, belə olmuşam. İndi də yuxudan duranda həmin sifətdəyəm. Sadəcə o vaxt makiyaj etməyiblər, mən də bilməmişəm, bir gəlinlik geyinmişəm. Atam-anam fəhlə olublar, onlar nə biliblər gözəllik salonu nədir? Qaz 31-lə gəlin köçmüşəm, məndən sonrakı bacım isə limuzinlə gəlin köçüb. Heç bilməmişəm ki, mənə gətirdikləri gəlinlik kimindir?! Mən belə şeyləri bilməmişəm. Ər tərəf nə veribsə demişəm ki, qəbulumdur. Onu kim deyirsə toy şəkilini sildirir, yəqin ki, xəbər qıtlığıdır. Məndə yeni xəbərlər olur, qıtlığa düşəndə yığsınlar mənə”, - deyə şairə bildirib.
 
Qeyd edək ki, həmin xəbəri Editor.az saytı yayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top