Almaniya Ukraynaya bərpa üçün 56 milyon avro ayırıb

DÜNYA 29 noy 2022, 22:59
Almaniya enerji infrastrukturunun bərpası üçün Ukraynaya 56 milyon avro ayırıb .

Demokrat.az
xəbər verir ki , bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Hebeştreit məlumat verib .

Bundan əlavə Berlin Kiyevə 350-dən çox generator verəcək.

O qeyd edib ki, Almaniya kansleri Olaf Şolts  Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbətində ölkənin “Ukraynanın daimi dəstəyinə sadiq olduğunu” təsdiqləyib. Xüsusilə, bu, hava hücumundan müdafiə və uzunmüddətli bərpaya aiddir.

Qeyd edək ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer vətəndaşları enerji infrastrukturunun kütləvi şəkildə məhv edilməsi ilə bağlı Ukraynaya əlavə yardım göstərməyə çağırıb . 

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top