İcra başçısının adı hallanan qəza ilə bağlı daha bir AÇIQLAMA

SOSİAL 29 noy 2022, 19:07
Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin sərxoş vəziyyətdə qəza törətdiyi iddia olunur.

Bu barədə jurnalist Arifə Əliyeva məlumat paylaşıb. O bildirib ki, Ülvi Əliyev bir neçə gün öncə Qaradağlı kənd sakini olan yeniyetməni maşınla vurub.

İddialara görə, hadisə icra başçısı tərəfindən gizli saxlanılıb.

Yeniyetmənin atası Ehtiram Əliyev “Qafqazinfo”ya açıqlamasında hadisə ilə bağlı danışıb.

Saytımıza açıqlamasında bildirib ki, oğlu həmin gün bibisi ilə Gəncə şəhərində yerləşən hərbi hissəyə gedərkən piyada keçidində ayağı sürüşərək yıxılıb:

“Oğlum Dəliməmmədli şəhərindəki piyada keçidindən keçərkən sürüşərək yıxılıb. Buna görə o, hər iki ayağından zədə alıb. Əgər kimsə bu hadisədən reytinq yığmaq istəyirsə, sosial şəbəkələrdə yayırsa, xahiş edirəm, yazmasın. Mənim həmkəndlim övladımı xəstəxanaya çatdırıb, onun canına can qatmaq üçün yardım edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top