“Erkən nikah və qohum evliliyinin fəsadları” mövzusunda görüş keçirilib — FOTO

SOSİAL 29 noy 2022, 17:26
9  noyabr 2022-ci il tarixdə Salyan şəhər 7 saylı məktəb-liseydə Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Erkən Nikah  və qohum evliliyinin fəsadları”  mövzusunda  gənclərlə görüş keçirilmişdir.

Tədbirdə Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları , Salyan Rayon İcra Hakimiyyəti Başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçisi və məsləhətçi psixoloqu Sevinc Səmədova, Salyan rayon Polis Şöbəsinin azyaşlılar üzrə inspektorları polis leytenantı Ramin Qasımov və polis leytenantı Nihat Həsənli , Salyan rayon Mərkəzi Xəstəxanasının həkim-terapevtləri Aygün Salmanova və Nərgiz Fərzəliyeva, Salyan şəhər 7 saylı məktəb-liseyin direktoru Arzu Daşpoladova və Salyan şəhər 7 saylı məktəb-liseyin şagirdləri  iştirak etmişdir.

Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, erkən nikah – reallaşmasına imkan verilməyən arzular, yarımçıq qalan təhsildir. Erkən nikaha məcbur edilərək qurulan ailələrin təməli də möhkəm deyil. Əksər hallarda gələcəkdə belə nikahlar boşanma ilə nəticələnir. Erkən nikah uşaqların təhsildən də geri qalmasına səbəb olur. Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. 

Sonra tədbir diskussiya şəklində davam etdirildi , iştirakçıların sualları cavablandırıldı.Sonda gənclərə  erkən nikahın fəsadları barədə maarifləndirici broşurlar paylandı və videoçarx nümayiş etdirildi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top