Azərbaycanda COVID-dən 2 nəfər öldü — FOTO

SOSİAL 29 noy 2022, 16:55
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 43 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 053 nəfər müalicə olunaraq sağalıb, 9 978 nəfər vəfat edib, aktiv xəstə sayı 257 nəfərdir.

Ölkədə son sutka ərzində 2 235, hazırkı dövrədək isə 7 373 658 test aparılıb.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top