“Sədrin həyat yoldaşı deyir ki, get işinlə məşğul ol!” — Deputat

SİYASƏT 29 noy 2022, 16:18
“Partiya sədri tanıyıram ki, rəhbərlik etdiyi təşkilatın möhürünü hara qoyub yadına düşmür. Elə partiya sədrləri də var ki, həyat yoldaşı belə onun partiyasına üzv olmur ki, get işinlə məşğul ol, səndən siyasətçi olmaz”.

Demokrat.az
Report-a istinadla xəbər verir ki, bu sözləri deputat, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev parlamentin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, elə siyasi partiya var ki, adındakı hərflərin sayı üzvlərinin sayından çoxdur:

“Hesab edirəm ki, yeni qanun layihəsinin əsas qayəsi ondan ibarətdir ki, bu məsələlər həllini tapsın. Siyasi partiyatara hörmət olmalı və nüfuzu qalxmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top