Bakıda kişi ona içki pulu verməyən arvadına xəsarət yetirdi

KRİMİNAL 29 noy 2022, 11:52
Bakının Nəsimi rayonunda 1973-cü il təvəllüdlü Kamal şəxsi münasibətlər zəminində arvadı Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisənin baş verməsinə səbəb Kamalın qeyri rəsmi yaşadığı Sevilin ona spirtli içki üçün pul verməməsi olub. 

Belə ki, hadisə baş verən günü Kamal içki almaq üçün Sevildən pul istəyib. Amma Sevil ona pul verməyib və deyib ki, sərxoş olandan sonra özünü idarə edə bilmir. 

Bundan əsəbləşən Kamal arvadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Kamal tərəfindən döyülən qadın hüquq-mühafizə orqanlarına şikayət edib. 

Şikayət əsasında Kamalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. Hakim Elməddin Hüseynovun sədrliyi ilə baş tutan iclasda məlum olub ki, Sevil Kamal ilə barışıb, ondan şikayətçi deyil. 

Hakim sonda qərar qəbul edən zaman ər arvadın barışmasını, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını nəzərə alıb. 

Bu səbəbdən məhkəmə Kamalın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top