Türkiyədən Gürcüstana gələn təyyarə yerə enmədən geri qayıtdı

REGİON 27 noy 2022, 19:16
Türkiyənin İstanbul-Tbilisi reysini yerinə yetirən “Pegasus” Hava Yollarına məxsus təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Gürcüstanın paytaxtının hava limanına enə bilməyib.

Bu barədə bazar günü Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.

“Əlverişsiz hava şəraiti səbəbindən “Pegasus” aviaşirkətinin İstanbul-Tbilisi reysi Tbilisi beynəlxalq hava limanına enə bilməyib və alternativ aerodrom olan Türkiyənin Ərzurum hava limanına qayıdır”, - məlumatda bildirilb.

Qeyd edək ki, bazar günü Tbilisidə güclü külək əsir. Meteoroloqların sözlərinə görə, onun sürəti 17 m/s-ə çatır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top