Fəzail Ağamalının qızının bağçasında dəhşət: uşağın ayağı belə sındı — VİDEO

HADİSƏ 27 noy 2022, 15:15
Deputat Fəzail Ağamalının qızının rəhbərlik etdiyi uşaq bağçası ilə bağlı ittihamlar var.

Demokrat.az
Reportyor.info-ya istinadən xəbər verir ki, Mehriban Fərruxlu bu haqda sosial mediada paylaşım edib.

Onun sözlərinə görə, 4 yaşlı qızı Firəngizi yüz ölçüb bir biçdikdən sonra özəl bağçaların birinə getməsinə qərar verib: “Buta’ bağçasını tapdım. Allah mənim canımı alaydı körpəmi o məsuliyyətsizlərə əmanət etdiyim yerdə.

18 noyabr 2022 qızımı Fəzail Ağamalının qızı Günay Agamalının rəhbərlik etdiyi Buta bağçalarının Gənclik filialına apardım. Nəhayət 23 noyabr 2022 saat 15.21 də nəzarətsizlik ucbatından qızım ikinci mərtəbədə yerləşən yataqdan yerə yıxılıb ayağı sınıb və başı travma alıb. Günlərdir ki, susdum, dözdüm və məqsədim vardı Günay Agamalıdan məlum videonu əldə etmək üçün səbr etdim.Balam günlərdi zülm çəkir.Üç həftə gipsdə qalacaq ayağı. Bu məsuliyyətsizlər qanun qarşısında cavab versinlər”.

Videonu təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top