Putin qışdan silah kimi istifadə edir — Stoltenberq

DÜNYA 27 noy 2022, 13:45
Rusiya Prezidenti Vladimir Putin Ukraynanı çökdürmək üçün qışdan silah kimi istifadə edir.

Demokrat.az
xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

“Qışın gəlməsilə Moskva Ukraynanı çökdürmək üçün ölkənin enerji sistemini bombalamağa başladı. Putin qışdan silah kimi istifadə edir. Lakin buna müvəffəq olmayacaq”, - baş katib bildirib.

Stoltenberqin sözlərinə görə, bütün tərəfdaşlar Ukraynaya dəstəyi təcili artırmalıdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top