Messi Maradonaya çatdı, Quardado rekordçulara şərik oldu

İDMAN 27 noy 2022, 12:20
Meksika millisinin futbolçusu Andres Quardado dünya çempionatlarında rekordu təkrarlayıb.

Demokrat.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu nəticəyə Qətərdə keçirilən mundialda Argentinaya qarşı oynamaqla imza atıb.

Quardado karyerasında 5-ci dəfə turnirdə iştirak edib. O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya), Canluici Buffon (İtaliya), Lionel Messi və Kriştianu Ronalduya (Portuqaliya) çatıb.

Messi və Ronaldu da DÇ-2022-də rekordçular sırasına düşüb.

Dünya çempionatlarında 21-ci qarşılaşmasına çıxan Messi bu göstəriciyə görə əfsanəvi Dieqo Maradonanın nailiyyətini təkrarlayıb.

Qeyd edək ki, Argentina - Meksika oyununda ilk hissə oynanılır və hesab açılmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top