İran diplomatı Bakıda ağır xəsarət aldı

HADİSƏ 27 noyabr 2022, 09:26
Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

Məlumata görə, İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb. Bu zaman onun başı hovuzun kənarına çırpılıb.

O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.

Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 22:15
15 sentyabr 2025, 21:28
15 sentyabr 2025, 20:58
15 sentyabr 2025, 18:52
Top