Şabranda ağır yol qəzası olub, xəsarət alanlar var

HADİSƏ 26 noy 2022, 21:19
Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb.

“Report”un Şimal burosu xəbər verir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Beləki, "Opel" markalı minik avtomobili hərəkətdə olan vaxtı, "VAZ-2107" markalı avtomobil ötmə əməlliyatını düzgün seçmədiyindən qəza şəraiti yaradıb. Nəticədə yoldan keçən TIR "Opel" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri - 1991-ci il təvəllüdlü Ceyhun Cavanşir oglu Süleymanov, 1999-cu il təvəllüdlü Lamiyyə Alfəddin qızı Süleymanova və 2017-ci il təvəllüdlü İsmayıl Ceyhun oglu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top