Sənan Şəfizadə: “Hər həftənin cümə günü rəsmilər, tanınmışlar piyada müəyyən məsafəni qət edərsə...”

SOSİAL 26 noy 2022, 16:39
"Xaricdə etsəydilər, dərhal hamı "əla" deyəcəkdi. Niyə özümüzdə olan nümunəvi hərəkəti dəstəkləməyək? Nazirdən başlayaraq sıravi əməkdaşa qədər Gənclər və İdman Nazirliyinin bütün kollektivi bu gün işə avtomobilsiz gəlib. Bildiyim qədər bəziləri ictimai nəqliyyatdan istifadə edib, yaxınlıqda yaşayanlar piyada gəzərək işə çatıb".

Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) idarə heyətinin üzvü Sənan Şəfizadə bildirib.

S.Şəfizadə son illər çox yerə əksər hallarda piyada getdiyini qeyd edib: "Piyada gəzmək əla təşəbbüsdür. Təsəvvür edin, hər həftənin cümə günü rəsmilər, tanınmışlar piyada müəyyən məsafəni qət edərsə, maraqlı layihəni reallaşdırmaq olar. Bu təşəbbüsün digər nazirliklər, federasiyalar, olimpiya və dünya çempionları tərəfindən davam etdirilməsini istərdim. Növbəti cümə bəlkə Mədəniyyət Nazirliyi estafeti qəbul etsin...".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top