Amerika bizim daimi fidyə ödəməyimizi istəyir — Xamnei

DÜNYA 26 noy 2022, 15:31
Danışıqlar bizim ABŞ-la problemimizi həll etməyəcək. Onlarla problemimiz fidyə ödəməklə həll oluna bilər. Həm də fidyəni mütəmadi olaraq ödəməliyik. ABŞ bunu istəyir.

Demokrat.az
xəbər verir ki, bunu şənbə günü İranın ali dini rəhbəri Ayətullah Əli Xanmei bildirib.

Xamnei deyib ki, amerikalılar İrana hücum etməzdən əvvəl İslam Respublikasının strateji dərinliyini iflic etmək istəyib.

"Amerikalılar özləri bu planı 2006-cı ildə ortaya qoydular və dedilər ki, altı ölkə İraq, Suriya, Livan, Liviya, Sudan və Somalidəki hakimiyyətlət əvvəlcə devrilməli, sonra İrana gəlməlidirlər".

O əlavə edib üç ölkədə, İraq, Suriya və Livanda İranın siyasəti işə yaradı və nəticədə Amerika orada məğlub oldu.

"Danışıqlar bizim Amerika ilə problemimizi həll etməyəcək. Amerika ilə problemimizi həll edəcək bir şey var: fidyə ödəmək, ancaq fidyəni daimi ödəməyimizi istəyirlər.

Hansı iranlı belə bir fidyə verməyə razıdır? Heç kəs. Niyə başa düşmürlər ki, Amerika İran xalqının bütün "qırmızı xətlər"i keçməsini istəyir".

Xamnei daha sonra əlavə edib: "Düşmən beyinlərə hakim olmaq istəyir, əgər bir millətin beyni ələ keçsə, o millət iki əli ilə öz torpağını düşmənə təslim edər".

O, Qətərdə keçirilən dünya çempionatında İran komandasının Uels üzərində qələbəsinə işarə edərək deyib:

"Dünən İran milli futbol komandası bizi və xalqı sevindirdi. Allah onları sevindirsin".

Ayətullah Əli Xamenei şənbə günü səhər saatlarında Bəsic hərbçilərinin bir qrup üzvü ilə görüşüb.

Onun "Bəsic həftəsi" ilə bağlı bu mərasimdəki çıxışı İran televiziyası ilə yayımlanıb. /modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top