Azərbaycanın bu rayonunda hinduşka bayramı keçirildi — VİDEO

MARAQLI 26 noy 2022, 13:05
Biləsuvar rayonunda hinduşka (hind toyuğu) festivalı keçirilir.

Bu barədə Yenisabah.az-a tədbirdə iştirak edən tanınmış müğənni Əlikram Bayramov məlumat verib.

Onun sözlərinə görə,  tədbir şəhərin Mərkəzi Parkında keçirilir.

Festivalda hind toyuğundan hazırlanmış yerli təamlar nümayiş olunur və kənd məhsullarından təşkil olunmuş satış yarmarkaları keçirilir:

“Hazırda Biləsuvarda hinduşka bayramıdır. Çox gözəl bayramdır, maraqlı keçirilir. Mən də burada çıxış edəcəyəm. Hər il noyabrın 26-sı keçirilir”.

Söhbət əsnasında Ə.Bayramov Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktor müavini təyin olunması barədə də danışıb:

“Mən 6 ildir ki, Mədəniyyət Mərkəzində bədii tərtibatçıyam. Biləsuvara köçməmişəm. Mənim işim Bakıdadır. Amma tez-tez doğma rayonuma gəlirəm. Məni o vaxt Ulu Öndər Bakıya aparıb, güclə gedib ora çıxmışam, necə köçüm?”

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top