DÇ-2022-də bu gün: Messinin komandası meydana çıxır

İDMAN 26 noy 2022, 09:49
Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup oyunları davam edəvcək. 

Demokrat.az
xəbər verir ki, C və D qruplarında II turun 4 oyunu keçiriləcək.

D qrupunda Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşdə Tunis millisi Avstraliya ilə üz-üzə gələcək.

Bu qrupun digər oyununda isə Fransa və Danimarka qarşılaşacaq.

C qrupunda isə Polşa - Səudiyyə Ərəbistanı və Argentina - Meksika yığmaları üzləşəcək.

DÇ-2022

Qrup məhələsi, II tur

C qrupu

17:00. Polşa - Səudiyyə Ərəbistanı

Baş hakim: Vilton Sampayo (Braziliya)

"Edyukeyşn Siti" stadionu

23:00. Argentina - Meksika

Baş hakim: Daniele Orsato (İtaliya)

"Lusail" stadionu

Xal durumu: Səudiyyə Ərəbistanı - 3, Polşa - 1, Meksika - 1, Argentina - 0

D qrupu

14:00. Tunis - Avstraliya

Baş hakim: Daniel Zibert (Almaniya)

"Əl-Canub" stadionu

20:00. Fransa - Danimarka

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Stadium 974"

Xal durumu: Fransa - 3, Danimarka- 1, Tunis - 1, Avstraliya - 0.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top