“Yuxarı dəhliz Rusiyanın, aşağı dəhliz İranın siyasəti nəticəsində iflic vəziyyətdədir” — VİDEO

REGİON 25 noy 2022, 23:30
“Əgər orta dəhliz varsa, deməli, yuxarı və aşağı dəhliz də var. Yuxarı dəhliz Rusiyanın yürütdüyü siyasət nəticəsində, aşağı dəhliz İranın yürütdüyü siyasət nəticəsində artıq iflic vəziyyətinə düşüb”.

Demokrat.az
-ın xəbərinə görə, bu fikirləri Real TV-nin canlı efirində Siyasi və Hüquqi Strateji araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib.

X.Bəşirov heasab edir ki, bu gün "orta dəhliz" Azərbaycanın müəllifliyi, Azərbaycanın aparıcı rol alması ilə dünyada önəmli rola malik prosesdir:

“Bu proses inkişaf etdirilir. Azərbaycan belə önəmli şəkil alan beynəlxalq konfranslarda təşəbbüskar kimi çıxış edirsə, eyni zamanda ev sahibliyi edirsə, bu, artıq Azərbaycan dövlətinin siyasətini yürüdən, onun müəllifi Prezident İlham Əliyevin dünyadakı nüfuzundan xəbər verir”.          
 

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top