"Paşinyan faktiki olaraq, Rusiyaya qarşı addım atdı" — VİDEO

REGİON 25 noy 2022, 23:37
“Əslində, maraqlı bir situasiya yaranıb. Paşinyan iki gün bundan öncə KTMT-nin son sənədini imzalamadı. Faktiki olaraq, Rusiyaya qarşı belə bir addımı atdı, özünün narazı olduğunu söylədi. Ardınca, erməni cəmiyyətində bir ildən çoxdur davam edən ab-hava yenidən qızışdı”. Yəni, bizə Rusiya lazımdırmı? Bizə Rusiya lazımdırmı? Bizə kömək yoxdursa, bəlkə başqa vektorlarla öz işimizi qurmağa çalışaq. Daha sonra Rusiyanı Fransaya dəyişmək kimi bir planı fikirləşdilər. 

Demokrat.az xəbər verir ki, bu sözləri "TV Müsavat"ın efirində ReAl partiyasının icraçı katibi Natiq Cəfərli vurğulayıb.

Onun sözərinə görə, Paşinyanın Fransanın danışıqlarda iştirak etmək istədiyini açıqlaması məntiqsiz yanaşmadır:

“Çünki bir ildən çoxdur ki, Şarl Mişelin işi, fəaliyyəti ölkə başçılarının bir-birilə görüşdürmək, onların müzakirəsini aparmaq olub. Burada Fransanın heç bir iştirakı yox idi. Sadəcə, Azərbaycan tərəfi bir neçə dəfə görüşlərdə Fransanın iştirakına etiraz etmədi. Yəni, Avropa Birliyinin təsisçilərindən biri kimi, iqtisadiyyat olaraq Almaniyadan sonra ikinci böyük ölkəsi kimi iştirakına etiraz etməyib”.  

Zamiq
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fev 2023, 22:10
Top