“Ermənistan kənardan gələn ianələrlə Qarabağdakı terrorçuları qidalandırır”

REGİON 25 noy 2022, 23:12
“Azərbaycan-Ermənistan-Rusiya ölkə rəhbərlərinin 10 noyabr Bəyanatından irəli gələn bütün məsələlərdə Azərbaycan sadiqdir və öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Lakin Ermənistan tərəfi iki il keçməsinə baxmayaraq, hələ də, bu və ya digər formada bir neçə məsələni yubatmaqda və təxribat əməlləri törətməklə məşğuldur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, cənab Prezident Brüsseldə, Moskvada, Soçidə, Praqada keçirilən üçtərəfli görüşlərdə bu məsələləri dəfələrlə qeyd etmişdir.

“Həm Rusiya prezidentinin, həm də Avropa Şurasının rəhbərliyi səviyyəsində baş tutan görüşlərdə bu məsələlər diqqətə çatdırılmış və müzakirələr həmin məsələlər üzərində getmişdir. Amma, hələ də Ermənistan tərəfindən konkret onların həll olunması həyata keçirilməyib. İlk növbədə Azərbaycan ərazisindən erməni tör-töküntülərinin dərhal çıxardılmalıdır. Rusiya sülhməramlıları orada müvəqqəti yerləşsə də, hələ də erməni dığalarının izləri görülür və onlar mütəmadi təxribatlar törədirlər. Son günlər Azərbaycanın azad edilmiş ərazilərində onların təxribatları intensivləşib. Təbii ki, bunların da hər biri yolverilməzdir.  Bu da Azərbaycanı konkret antiterror əməliyyatları keçirilməsi hüququnu özündə saxlayır. Biz dəfələrlə söyləmişik ki, bu məsələlərin qansız-qadasız həll olunmasının tərəfdarıyıq. Lakin əgər Ermənistanın davamlı olan bu atəşkəsi pozarsa, Azərbaycan konkret “Qisas” və digər bu kimi sürətli antiterror əməliyyatları keçirə bilər. Yəni, erməni terrorçularının başlarının əzilməsi məsələsi də gündəmə gələ bilər. 44 günlük Vətən müharibəsində ordusu darmadağın olunmuş bu “dövlət,” iqtisadiyyatı viran günə qalmış Ermənistan kənardan gələn ianələrlə oradakı terrorçuları qidalandırır. Bunların da hər biri  konkret Azərbaycan tərəfinə məlumdur. Cənab Prezident dəfələrlə söyləyib ki, biz bura kimlərin gəldiyini-getdiyi bilirik və görürük. Ona görə düşünürəm ki, rəsmi Ermənistan təxribatlara davam edərsə, konket onların orada çıxarılması və məhv edilməsi üçün xüsusi əməliyyat keçirilə bilər”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top