Yeniyetmə taekvondoçumuz Avropa ikincisi oldu — FOTO

İDMAN 25 noy 2022, 21:38
Taekvondo üzrə Yeniyetmələr arasında Avropa birinciliyində taekvondoçularımızdan Xuraman Cavadzadə mükafat qazanmağa müvəffəq olub.

Demokrat.az
-ın xəbərinə görə, 37 kq çəki dərəcəsində X.Cavadzadə yalnız finalda uduzaraq, Avropa birincilyinin gümüş medalını əldə edib. 

Bu nəticədən sonra Azərbaycan millisi artıq qitə birincilyinin ilk günündə 1 qızıl, 1 gümüş medal qazanıb. Belə ki, millimizin heyətində qızların ən aşağı çəki dərəcəsində (-29 kq) mübarizə aparan Zəhra İsayeva Avropa çempionu olub.

Qeyd edək ki, Yeniyetmələr arasında Avropa birinciliyi Maltanın paytaxtı Valetta şəhərində keçirilir. Qitə birinciliyinə bu gün start verilib, yarış 28 noyabradək davam edəcək. 


Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top