Putin: "Oğullarını itirən anaların ağrısını şəxsən bölüşürəm"

REGİON 25 noy 2022, 17:35
"Rusiya hakimiyyəti ölən əsgərlərin analarının unudulmuş hiss etməməsi üçün hər şeyi edəcək".
 
Demokrat.az
interfaksa istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Analar Günü" ərəfəsində  xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilərin anaları ilə görüşündə deyib.
 
V.Putin döyüşlərdə oğullarını itirən anaların ağrısını şəxsən bölüşdüyünü bildirib.
 
Rusiya lideri onu da qeyd edib ki, internetdə çoxlu saxta və informasiya hücumları var, heç nəyə etibar etmək olmaz.

Bundan əlavə, Putin xüsusi hərbi əməliyyat zonasında bəzi hərbçilərlə telefonla danışdığını, onların bu zəngləri gözləmədiklərini, ancaq “əhval-ruhiyyəsi” ilə onu təəccübləndirdiyini qeyd edib.

Jalə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top