DÇ-2022: Uels İrana uduzdu

İDMAN 25 noy 2022, 16:32
Qətərdə keçirilən Dünya Çempionatının B qrupunda II tura start verilib. 
 
Demokrat.az
xəbər verir ki, qrupun ilk matçında İran və Uels yığmaları qarşılaşıb. 
 
Oyun 2:0 hesabı ilə İran komandasının xeyrinə başa çatıb. Uelsin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. İrandan 90+8-ci dəqiqədə Ruzbe Çeşmi, 90+11-ci dəqiqədə isə Ramin Rezaeian fərqlənib. 
 

***

Bu gün DÇ-2022-nin qrup mərhələsində II tura start veriləcək.

Demokrat.az
xəbər verir ki, mundialın 6-cı oyun günü B qrupunun matçı ilə başlayacaq.

Uels millisi İranla görüşəcək. Qətərdə qələbə qazanmayan yığmaların dueli rəqiblərin ikisi üçün də çox vacibdir.

Asiyalılar bu dəfə də uduzarsa, 1/8 final şansını itirəcək. Heç-heçə isə hər iki komandanın işini çətinə salacaq. Son turda İngiltərə ilə qarşılaşacaq Uels çətin sınaq öncəsi mütləq qalib gəlməlidir.

Qeyd edək ki, B qrupunun digər görüşündə İngiltərə və ABŞ qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top