Zədələnən Neymar DÇ-2022-ni buraxacaq? — FOTO

İDMAN 25 noy 2022, 13:08
Braziliya millisinin üzvü Neymar DÇ-2022-nin qrup mərhələsinin I turunda Serbiyaya 2:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib.

Demokrat.az
xəbər verir ki, topuğundan xəsarət alan hücumçu 79-cu dəqiqədə Antoni ilə əvəzlənib. Yığmanın həkimi Rodriqo Lesmar Neymarın son durumu barədə bu sözləri deyib:

"Neymarın sağ topuğu burulub. Onda şiş yaranıb, biz dərhal ehtiyat oyunçular skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat əldə etmək üçün 24-48 saat gözləməliyik". 

Baş məşçi Tite futbolçunun DÇ-2022-də oynayacağını söyləyib: "Narahat olmayın, Neymar dünya çempionatında oynayacaq. O, oynamağa davam edəcək, bundan əmin ola bilərsiniz".

Neymar oyundan sonra son durumu barədə şərh vermək istəməyib.

Offsideplus.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top