Deputat məhkəmə qərarlarının icrasından şikayətləndi

DAXİLİ SİYASƏT 25 noy 2022, 11:36
“Azərbaycanda 2020-ci ilin sonuna qədər 1 milyon 200 min məhkəmə işinin icraya yönləndirilməsi gözlənilir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycanda məhkəmə qərarlarının icrasında problemlər yaşanır.

“Mən hökumətə təklif edirəm ki, məhkəmə qərarlarının icrası üçün ayrılan vəsaitin həcmini çoxaltsın. Məhkəmə qərarları icra edilmədikcə bu, ölkənin investisiya mühitinə olan etibarı da azaldacaq”, - deyə deputat əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top