"Bunlar nə yeyir, nə içirlər, yuxuda nə görürlər?"

GÜNDƏM 25 noy 2022, 00:23
“Bu Dilçilik İnstitutu yerli-dibli ləğv olunmalıdır”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Saleh Bağırov sosial şəbəkə hesabında yazıb.

İTV-nin aparıcısı son günlər müzakirələrə səbəb olan Nəsimi adına Dilçilik İnstitutunda "dovşan" sözünün tələffüzü ilə bağlı təkliflərin ("dovşan", "dofşan", "doşan") müzakirə olunmasını tənqid edib:
"Bu nə biabırçılıqdır?! İllərlə yazılışı və deyilişi eyni olan, qəbul olunmuş sözləri necə dəyişmək olar? Bunlar nə yeyir, nə içirlər, yuxuda nə görürlər, gəlib belə səviyyəsiz müzakirələr edirlər?
Orada toplaşan insanların böyük əksəriyyətinin dil qüsuru, ləhçəsi, dialekti var. Əvvəlcə bunu aradan qaldırsınlar, sonra başlasınlar "guya" dil düzəltməyə.

Həmişə demişəm, bu qurum Azərbaycan dilinin bir nömrəli düşmənidir və nöqtə".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top