“Ermənistan sərhədlərini Rusiya hərbçiləri qoruduqca KTMT-dən çıxmaq heç nəyi dəyişməyəcək”— AÇIQLAMA

GÜNDƏM 24 noy 2022, 18:40
“Mənə elə gəlir ki, hazırkı nəticə Paşinyanın ürəyincədir. Çünki Paşinyan hakimiyyəti Vaşinqtonla danışıqlar aparır. Oradan Paşinyanın qarşısına KTMT-dən çıxmaq təklifi sürülüb. Çıxdıqdan sonra isə ABŞ-nin Ermənistana silah yardımı edəcəyi, hətta təhlükəsizliyinə zəmanət verəcəyi məsələsi gündəmdədir”.

Bu fikirləri KTMT-nin sammitinin doğuracağı nəticələri Oxu.Az-a şərh edən politoloq Teymur Qasımlı deyib. O bildirib ki, bu görüşdə Azərbaycana qarşı hansısa bəyanatın verilməyəcəyi məlum idi:

“Lakin mən Ermənistanın KTMT-dən çıxacağına inanmıram. Çünki indiki zamanda bunu etməklə Paşinyan ölümünə qol çəkər. Əslində, KTMT-dən çıxıb-çıxmamağın Ermənistan üçün heç bir fərqi yoxdur. Çünki 1992-ci sentyabrın 27-dən bu günədək Ermənistanın Türkiyə və İran sərhədini Rusiya sərhədçiləri qoruyurlar. Paşinyan ərazidən birinci onları çıxarsın. Bunu etmək onun üçün uğur hesab edilə bilər. Rusiyalı sərhədçilər ərazisində qalmaqda davam edərkən KTMT-dən çıxsa belə, heç nə dəyişməyəcək. Çünki Rusiyanın Qafqazda təsir rıçaqları qalır”.
Ekspert hesab edir ki, Ermənistan bundan sonra da Qərbə doğru inteqrasiyanı gücləndirəcək:

“Amma KTMT üzvlüyündə də qalacaq. Çünki hazırda Paşinyan orduda heç bir yenilik edə bilmir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top