DÇ-2022: İsveçrə Kamerunu kamerunlunun qolu ilə "vurdu"

İDMAN 24 noy 2022, 15:58
Futbol üzrə Dünya çempionatında "G" qrupunun oyunlarına start verilib.

Demokrat.az
-ın xəbərinə görə, qrupun ilk matçında İsveçrə yığması Kamerunla qarşılaşıb. 

Gərgin keçən oyunda avropalılar minimal hesabla qalib gəlib. İsveçrənin heyətində Embolo 48-ci dəqiqədə Xerdan Şakirinin ötürməsindən sonra fərqlənərək, komandasına üç xal qazandırıb.

Bu, əslən Kamerundan olan Bril Donald Embolonun yığmanın heyətində 60-cı oyunu, 12-ci qolu olub. 

DÇ-2022, qrup mərhələsi
24 noyabr, I tur
G qrupu
İsveçrə - Kamerun - 1:0

Qol: Bril Embolo, 48

Qeyd edək ki, qrupun digər qarşılaşmasında Bakı vaxtı ilə saat 23:00-da Braziliya və Serbiya ilə üz-üzə gələcək.  


Zamiq
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top