Universitet müəllimi oğlunun qəbri üstündə vəfat etdi (FOTO)

HADİSƏ 24 noy 2022, 13:53
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov oğlunun qəbri üstə vəfat edib.

Bu barədə Demokrat.az-a ali məktəbdən məlumat verilib.

Ə.İmanov noyabrın 24-də oğlunun məzarını ziyarətə gedib. Qəbiristanlıqda alimin qəfildən halı pisləşib və ürəktutmasından dünyasını dəyişib. Qeyd olunub ki, əvvəllər onun səhhətində heç bir problem olmayıb. O, ötən gün universitetdə tələbələrə dərs deyib.

70 yaşlı Ə.İmanov müasir Azərbaycan pedaqogikasının inkişafında və təhsil təşkilatçılığında böyük xidmətləri olan görkəmli pedaqoq alim idi.

Xatırladaq ki, Ə.İmanovun övladı ötən il dünyasını dəyişib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top