“Rusiya çalışır ki, Azərbaycan hərbi əməliyyatlara başlamasın”

HƏRBİ 24 noy 2022, 12:36
“Rusiya tərəfi Azərbaycanın Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirməsində narahatdır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloq qeyd edib ki, Rusiya tərəfi çalışır ki, Azərbaycan hərbi əməliyyatlara start verməsin:

“Çünki əgər Azərbaycan bunu edərsə, birbaşa Türkiyə ilə koordinasiyalı fəaliyyət çərçivəsində edəcək və Rusiya da buna qarışa bilməz. Göründüyü kimi, Rusiya yenə də ənənəvi siyasətini ortaya qoyub. 

Ümumiyyətlə, Putin etibarsız, etimad edilməyən, öz imzasına hörmət etməyən bir dövlət başçısıdır. Ona görə də, Azərbaycan tərəfi də bunu çox yaxşı bilir. Putin hər yolla çalışır ki, bu kimi danışıqlar yolu ilə prosesi uzatsın. Hərbi əməliyyatların baş verməsi qarşısını alsın”.


Nəzrin 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top