Əhməd İsmayılov : Qəzet saytlarının yenidən qurulması başa çatıb

MEDİA 24 noy 2022, 11:07
"Qəzet saytlarının yenidən qurulması prosesi başa çatıb".

APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib.

O bildirib ki, əksər qəzetlərin saytları ya yenidən qurulub, ya da əsaslı şəkildə yenilənib:

"6 gündəlik, 10 həftəlik qəzetdə əsaslı dəyişiklik özünü göstərir. Qəzetlərin əksəriyyəti artıq tam fərqli formada nəşr olunur. Bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçiblər, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunmaqdadır. Elə çap mediası subyektlərimiz var ki, tərtibatı əsaslı formada dəyişilib, köhnə forma və qəliblərdən imtina olunub".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top