Ukrayna ordusu Rusiyanın 22 raketini məhv etdi

REGİON 23 noy 2022, 21:59
Noyabrın 23-də Kiyev səmasında Ukrayna Müdafiə Qüvvələri  Rusiyanın 22 raketini vurub.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsi  “Telegram”da məlumat yayıb .

Məlumatda deyilir:

"Hava xəbərdarlığı zamanı paytaxtın səmasında 31 raket aşkar edilib. Onlardan 22-ni Kiyev Müdafiə Qüvvələri vurub. Eyni zamanda paytaxtın yaşayış məntəqələri atəşə tutulub.  Zərbə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Kritik infrastrukturun müəyyən elementlərinə də ziyan dəyib. Paytaxtın bəzi ərazilərində elektrik enerjisi qismən kəsilib, istilik və su təchizatında problemlər yaranıb. Elektrik təchizatı qəza rejimində kəsilib, sistem stabilləşdirildikdən sonra bərpa işləri gözlənilir. Evlərə su və istilik noyabrın 24-də səhər saatlarında veriləcək. Bütün fövqəladə hallar briqadaları qəza rejimində zədələnmiş rabitəni bərpa etmək üçün çalışırlar"

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top