Niderland hökuməti əfqanlara təzminat ödəyəcək — QƏRAR

DÜNYA 23 noy 2022, 20:18
Niderland hökuməti "Taliban"a qarşı əməliyyatda həlak olan mülki şəxslərin yaxınlarına təzminat ödəyəcək.
 

Demokrat.az "TRT Haber"ə istinadən xəbər verir ki, Niderland məhkəməsi Əfqanıstanın Uruzqan əyalətində Niderland əsgərlərinin vəzifəsini yerinə yetirərkən "Taliban"a qarşı əməliyyatda həlak olan mülki şəxslərin yaxınlarına hökumətin təzminat ödəməsi barədə qərar verib.
 
Haaqa Tribunal məhkəməsinin açıqlamasına görə, 2007-ci ildə Çora bölgəsində niderlandlı əsgərlər tərəfindən bombalanıb. Əfqanıstan iqamətgahı səhvən hərbi hədəf olaraq təyin edilib və bu hadisə mülki şəxslərin ölümü ilə nəticələnib. Burada isə Niderland hökuməti günahlandırılıb.

Qeyd edək ki, bombalama nəticəsində 80-dək mülki vətəndaşın öldüyü güman edilir.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top