Gəncədə binada qaz partladı, ölən və xəsarət alanlar var

HADİSƏ 23 noy 2022, 19:50
Gəncədə partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən binada qeydə alınıb. Yaşayış binasında partlayış zamanı xəsarət alan 4 azyaşlı xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Z.Musayeva ölüb, 3 nəfərin vəziyyəti orta ağırdır. Hadisənin baş vermə səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top