Fərhad Əhmədovun atası niyə güllələnib?

GÜNDƏM 22 noy 2022, 15:01
Kremlin ən sadiq nökərlərindən hesab olunan milyarder Fərhad Əhmədovun Azərbaycana qarşı xüsusi nifrəti var və bu nifrətin kökündə baş vermiş bir hadisə dayanır. 

Belə ki, onun atası Teymur Əhmədov 1969-cu ildə Göyçay Konserv Zavodunun ilk direktoru kimi fəaliyyətə başlayır. Ancaq 1971-ci ildə "sosialist əmlakının talanması" maddəsi ilə ittiham olunur, haqqında güllələnmə hökmü çıxarılır və hökm 1973-cü ildə icra olunur. F.Əhmədov öz atasının məzarını 2012-ci ildə tapa bilir. 

Məlumata görə, o, ciddi biznesmenə çevriləndən sonra arxivləri açdırır, atasının ölümündə əli olan şəxsləri, onların ailə üzvlərini araşdırmağa başlayır. Bu işdə əli olan şəxsləri, onların ailə üzvlərini tapıb cəzalandırır və atasının "qisası"nı alır. 

Xaraktercə kinli və aqressiv adamdır. Əsas hobbisi silahdan istifadədir. Onun yüz milyonlarla dollar dəyərində silah kolleksiyasının olduğu bildirilir. 

Atası T.Əhmədov güllələndə, F.Əhmədovun 18 yaşı var idi. Sovet "KQB"sinin spesifik iş üslublarından biri bu idi ki, xüsusilə, dövlət əmlakını taladığına görə haqqında ölüm hökmü çıxarılan şəxslərin ailə üzvləri də nəzarətə götürür, onların içərisindən ən perspektivli olan adamı "KQB"nin agentinə çevirirdilər. Belə də oldu. 

Atasının məhkumluğu səbəbindən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil ola bilmir, amma qısa müddət sonra ali təhsil alır, zəngin biznes yolu keçərək Rusiyanın ən nəhəng neft maqnatlarından birinə çevrilir. Məlumata görə, o, Azərbaycana 200 milyon dollar sərmayə qoyub. ABŞ-ın Kremlə yaxın şəxslərə qarşı tətbiq etdiyi sanksiyalarda F.Əhmədovun da adı var idi. 

Fərhad Əhmədov Azərbaycanda xeyli sayda iş adamlarının pulunu da mənimsəyib, bağ evində işlətdiyi fəhlələrin pulunu verməyib. 

Yaxın ətrafı ilə söhbətləri zamanı özünü siyasi cəhətdən Azərbaycanda ən yetkin adam adlandıran F.Əhmədovun əsas iş istiqamətlərindən biri yüksək rütbəli hərbçilərlə münasibətlər qurmaq olub. Xüsusilə, milli kadrlar hesab olunan hərbçilərlə səmimi münasibətlər yaradıb, onların milli səmimiyyətindən istifadə edərək ordu əleyhinə danışdırıb və səslərini yazıb. 

Şübhəsiz ki, daha sonra həmin səs yazılarını Rusiya xüsusi xidmət orqanlarına ötürüb, lazım olanda isə rezonans yaratmaq üçün həmin səs yazılarını sosial şəbəkələrdə dövriyyəyə buraxıb. 

F.Əhmədov media və xaricdə yaşayan blogerlərlə də ciddi əlaqələr qurmuşdu. Onun bu istiqamətdə ayda 100 min dollar pul xərclədiyi əldə etdiyim məlumatlar sırasındadır. Pis münasibətdə olduğu iş adamlarını, məmurları, qurumları mediada və sosial şəbəkələrdə "vurur", eksklüziv mənbə kimi gündəmi dəyişə bilirdi.

Samir Feyruzov
Azsiyasət.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top