Samir Bağırov xərçəngə tutulub? — Özü DANIŞDI

ŞOU-BİZNES 22 noy 2022, 10:22
Müğənni Samir Bağırova xərçəng diaqnozu qoyulduğu ilə bağlı məlumat yayılıb. 

Demokrat.az
xəbər verir ki, məsələyə ilə bağlı Bizim.media-nın əməkdaşı estrada ulduzu ilə əlaqə saxlayıb.

S.Bağırov haqqında yayılan xəbərin yalan olduğunu bildirib.

"Bu yalan xəbərdir. Bu xəstəliklə yaxından-uzaqdan heç bir əlaqəm yoxdur. Pis dillərə inanmayın. Ayağımda problem yaranmışdı.

Bir müddət ayağımın müalicəsi ilə məşğul oldum. Peşəkar həkimlərin sayəsində ayağım sağaldı. Hər şey qaydasındadır. Bir neçə həftədən sonra qarşınıza yeni layihələrimlə çıxacam.

Mənim üçün darıxan və haqqımda bu xəbəri oxuyub, məyus olub, dua edən hər bir tamaşaçıma dərin təşəkkürümü bildirirəm. Sizi sevirəm!", - deyə Samir Bağırov söyləyib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top