Sahibə Qafarova: "Mina partlayışları nəticəsində təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb"

SİYASƏT 21 noy 2022, 22:55
Hazırda qadın və uşaqlar da daxil olmaqla geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır.

Bunu Kamboca Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Pnompendə keçirilən ASEAN Parlamentlərarası Assambleyasının Qadın Parlamentarilərinin görüşündə deyib.

S.Qafarova Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etməsindən sonra həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri barədə məlumat verib. O, bildirib ki, keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa başlayıblar. Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina bu prosesə ciddi maneədir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, iki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb:

"Mina problemi normal həyatlarını davam etdirməyə çalışan qadınlarımız üçün böyük bir sınaqdır".

Milli Məclisin sədri deyib ki, bu məsələ qadınlar, sülh və təhlükəsizlik haqqında qlobal gündəlikdə diqqətdə saxlanılmalıdır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 noy 2022, 17:57
Top