Amerikalı ekspert: "İranda azadlıq prosesi meydana çıxmaqdadır"

GÜNDƏM 21 noy 2022, 19:26
“İranda yaşayanlar regiondakı digər xalqlarla daha çox əlaqə, münasibət istəyir. İranda azadlıq prosesi meydana çıxmaqdadır”.

Bunu bu gün Zəngilanın Ağalı kəndinə və Xudafərin körpüsünə səfər edən amerikalı tədqiqatçı Brenda Şaffer deyib.

O qeyd edib ki, İranda rejim əleyhinə fəaliyyətlər, nümayişlər müstəsna haldır: “İran İslam İnqilabından bəri mən belə bir şey görməmişəm, bu, heyrətamizdir. Bu müstəsnadır ona görə ki, insanlar yalnız siyasətin dəyişilməsini, namizədin dəyişilməsini, seçki dəyişikliyi istəmir, insanlar bütün hökumət sisteminin tamamilə dəyişilməsini istəyir. Maraqlıdır ki, sözün əsl mənasında durduğumuz yerdən, sadəcə, bir neçə kilometr o tərəfdə nələr baş verir? Etirazlar yalnız paytaxtda və ya böyük şəhərlərdə baş vermir, ən ucqar ərazilərdə, kəndlərdə insanlar etiraz edir. Düşünürəm ki, bu, həm də insanların, müxtəlif qrupların necə azadlığa sahib olması ilə bağlıdır. İranda etnik qruplara öz dillərində məktəbə getməyə belə icazə verilmir. Hansı ki bu, fundamental hüquqdur. Ancaq İranda bu mümkün deyil, milyonların öz ana dilində təhsil almaq hüququ təmin edilmir. İndi çox dramatik bir zamandır. Düşünürəm ki, İran, sadəcə, çərçivədir, bunun içərisində isə müxtəlif etnik kimliklər, xalqlar var. Bildiyiniz kimi, İran əhalisinin ən böyük elementlərindən biri azərbaycanlılardır. Düşünürəm ki, oradakı azərbaycanlılar 2020-ci ildə müharibəni izləyirdilər, onlar İranın Ermənistana dəstəyini gördülər. Bəlkə də bütün bunlar onları hərəkətə gətirdi, onlar bu müharibədə Azərbaycanın qalibiyyəti ilə fəxr etdilər və bu, onların öz kimliyinə, onların oyanışına təsir etdi. Hazırda bu, İranda rejim əleyhinə fəaliyyətlərin, nümayişlərin bir hissəsidir”.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top